Gecikmiş ödənişlər üzrə ehtiyatların yaradılması və ümidsiz aktivlərin balansdan silinməsi mexanizmi müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb.
Əsas borc və ya faiz ödənişləri 90 gündən artıq gecikdirildikdə həmin məbləğ üzrə 100 faiz ehtiyat yaradılacaq. Ehtiyatlar ayrı-ayrı aktivlər və ya aktiv qrupları üzrə formalaşdırıla bilər. Ümidsiz aktivlər həmin aktivlər üzrə yaradılmış ehtiyat məbləği həcmində balansdan silinəcək. Silinmə prosesi əsasən Müşahidə Şurasının qərarı ilə həyata keçiriləcək. Müəyyən hallarda bu səlahiyyət İdarə Heyətinə verilə bilər. Balansdan silinmiş aktivlər və onlar üzrə faizlər balansdankənar hesablarda uçota alınacaq. Bu aktivlərin uçotu ən azı beş il müddətində aparılmalıdır. Məqsəd problemli aktivlərin şəffaf və nəzarət olunan qaydada idarə edilməsidir.
