Aktivlərin gecikmə müddətinə görə təsnifləşdirilməsi üçün konkret meyarlar müəyyən olunub.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb.

Tam təminatlı və təminatsız aktivlər üçün fərqli müddətlər tətbiq ediləcək. Tam təminatlı aktivlər üzrə 0-30 günlük gecikmə qənaətbəxş kateqoriyaya aid ediləcək. 360 gündən artıq gecikmə isə ümidsiz aktiv hesab olunacaq. Qismən təminatlı və ya təminatsız aktivlər üzrə bu müddətlər daha qısa müəyyənləşdirilib. Aktivin gecikmə müddəti müqavilədə və ya ödəniş qrafikində göstərilən tarixdən hesablanacaq. Müəyyən hallarda təminatın bazar dəyərinin yalnız bir hissəsi nəzərə alınacaq. Layihə maliyyələşdirilməsi kreditləri və müəyyən daşınmaz əmlak kreditləri xüsusi status alacaq. Bu qaydalar kredit risklərinin daha dəqiq qiymətləndirilməsinə xidmət edir.