Sənəddə kreditlərin müxtəlif növləri üzrə anlayışlara aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb.
İstehlak krediti sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün verilən kredit kimi müəyyən edilir. Avtomobil krediti nəqliyyat vasitəsinin alınmasına yönəlmiş istehlak krediti hesab olunur. Daşınmaz əmlak krediti yaşayış və ya digər daşınmaz əmlakın əldə edilməsi və tikintisi üçün verilir. Biznes kreditləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə təqdim olunur. Kənd təsərrüfatı kreditləri biznes kreditlərinin tərkib hissəsi kimi nəzərdə tutulur. Bu kreditlər kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı məqsədilə verilə bilər. Kredit növlərinin ayrıca müəyyən edilməsi risklərin düzgün qiymətləndirilməsinə imkan yaradır. Bu yanaşma bankların kredit portfelinin daha səmərəli idarə olunmasına xidmət edir.
