Azərbaycan Respublikasında torpaqdan istifadə pullu əsaslarla həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Torpaq haqqı iki əsas formada müəyyən edilir.
Bunlar torpaq vergisi və icarə haqqıdır.
Torpaq istifadəçiləri qanunvericiliyin tələblərinə uyğun olaraq bu ödənişləri həyata keçirməlidirlər.
Belə yanaşma torpaq ehtiyatlarından səmərəli istifadəyə xidmət edir.