Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Bələdiyyələr öz torpaqlarına sahiblik edir və onlar üzərində sərəncam verirlər.
Torpaqları istifadəyə, icarəyə və mülkiyyətə vermək hüququna malikdirlər.
Torpaq vergisi və icarə haqqının yığılması da onların səlahiyyətlərinə daxildir.
Bələdiyyələr torpaqların mühafizəsi və səmərəli istifadəsinə nəzarət edirlər.