İranın cənubundakı Buşehr əyalətində bir neçə partlayış səsi eşidilib.
Heftelik.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, hazırda hadisənin başvermə səbəbi və digər təfərrüatlar dəqiqləşdirilir.
Qeyd edək ki, həmin əyalətdə İranın atom elektrik stansiyası yerləşir.
İran isı yenidən Bəhreyndə yerləşən ABŞ hədəflərinə hücum edib.
Qeyd edək ki, ötən gecə ABŞ-ın İranın bir sıra bölgələrinə aviazərbələrinə cavab olaraq, SEPAH Bəhreyn və Küveytdə ABŞ-a məxsus 85 hədəfə zərbə endirildiyini bildirib.
