6 iyul tarixində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun meyiti batdığı yerdən təxminən 6 kilometr aralı sahildə aşkar edilib.
Heftelik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
