Bələdiyyələrlə dövlət qurumları arasında münasibətlərə dair qaydalar müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Bələdiyyə torpaqlarına sərəncam vermək bələdiyyələrin müstəsna hüququ sayılır.
Torpaq sahələrinin sərhədləri müəyyənləşdirildikdən sonra bəzi dövlət səlahiyyətləri tətbiq edilmir.
İcra hakimiyyəti orqanları bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edə bilməz.
Digər tərəflər yalnız qanunla verilmiş səlahiyyətlər çərçivəsində iştirak edə bilərlər.
