Ehtiyatların silinməsi QAYDASI

08 İyul 2026, 01:05

Aktivlər üzrə mümkün zərərlərin qarşılanması üçün banklar xüsusi ehtiyatlar yaratmalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb.
Ehtiyatlar adi və məqsədli ehtiyatlar olmaqla iki kateqoriyaya bölünür.
Standart aktivlər üzrə adi ehtiyatlar, qeyri-standart aktivlər üzrə isə məqsədli ehtiyatlar formalaşdırılır.
Qənaətbəxş aktivlər üçün ehtiyat norması 1 faizdən başlayır.
Ümidsiz aktivlər üzrə isə 100 faiz həcmində ehtiyat ayrılması tələb olunur.
Əsas borc və faizlərin ödənişi 90 gündən artıq gecikdirildikdə hesablanmış ödənişlər üzrə tam ehtiyat yaradılır.
Ümidsiz aktivlər yaradılmış ehtiyatlar hesabına balansdan silinə bilər.
Belə qərarlar əsasən Müşahidə Şurası tərəfindən qəbul edilir.
Balansdan silinən aktivlər ən azı 5 il müddətində balansdankənar hesablarda uçota alınmalıdır.