İştirak PAYLARI

08 İyul 2026, 01:04

Qiymətli kağızlara və hüquqi şəxslərin kapitalında iştirak paylarına investisiyaların təsnifatı ilə bağlı yeni meyarlar təsbit olunub. Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb. Qiymətli kağızlar yüksək, orta və aşağı keyfiyyətli qruplara bölünəcək. Dövlət qiymətli kağızları, Mərkəzi Bankın emissiyaları və yüksək reytinqli beynəlxalq maliyyə alətləri yüksək keyfiyyətli hesab ediləcək. Bu kateqoriyaya aid qiymətli kağızlar üzrə ehtiyat yaradılmayacaq. Orta keyfiyyətli qiymətli kağızlar ümumi təsnifat qaydalarına uyğun qiymətləndiriləcək. Aşağı keyfiyyətli qiymətli kağızlar isə daha sərt meyarlarla qiymətləndiriləcək. Onların bazar qiymətini aşan hissəsi ümidsiz aktiv kimi təsnif ediləcək. Gündəlik mənfəət və zərər hesablarında əks olunan qiymətli kağızlar üzrə ehtiyat yaradılması tələb olunmur. Hüquqi şəxslərin kapitalında iştirak payları isə keyfiyyət meyarlarına əsasən qiymətləndiriləcək və qənaətbəxş hesab edilənlər üzrə ehtiyat ayrılmayacaq.