İşçi öz vəzifəsi ilə yanaşı başqa peşə üzrə də fəaliyyət göstərərsə əlavə haqq alır.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Əlavə ödəniş əmək funksiyasının tam və ya qismən icrasına görə hesablanır.
Ödənişin məbləği kollektiv müqavilə və ya tərəflərin razılığı ilə müəyyən edilir.
Bu qayda əlavə iş yükünün maliyyə baxımından qarşılanmasını nəzərdə tutur.
