Bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və icarəyə verilməsi xüsusi prosedurlarla həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Torpaqlar qanunvericiliyin tələblərinə uyğun şəkildə hüquqi və fiziki şəxslərə verilə bilər.
Bu proses bələdiyyə qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
Müqavilələrdə tərəflərin hüquq və vəzifələri, məhdudiyyətlər və digər şərtlər göstərilir.
Torpaq sahələrinin istifadəsi və mühafizəsi ilə bağlı tələblər də sənəddə əks olunur.