Bələdiyyə torpaqları əsasən açıq hərrac və müsabiqələr vasitəsilə satılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Qanunda bəzi xüsusi hallar üçün istisnalar müəyyən edilib.
Torpaq satışı yaşayış məntəqələrinin baş planları və şəhərsalma sənədləri əsasında aparılır.
Bələdiyyələr satışa çıxarılan torpaqlar barədə əhalini əvvəlcədən məlumatlandırmalıdırlar.
Fərdi yaşayış üçün verilən bəzi torpaq sahələrinin beş il ərzində özgəninkiləşdirilməsi qadağan olunur.