Qanun müəyyən torpaq kateqoriyalarının vergidən azad olunmasını nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Ümumi istifadədə olan yaşayış məntəqəsi torpaqları vergi tutulmayan sahələr sırasındadır.
Bələdiyyələrin mülkiyyətində və istifadəsində olan torpaqlar da vergiyə cəlb edilmir.
İstehsal fəaliyyətinə cəlb edilməmiş meşə və su fondu torpaqları üçün də vergi hesablanmır.
Bu güzəştlər ictimai və sosial məqsədlərin qorunmasına yönəlib.

