Bu halda maaş fərqi ödənilir

09 İyul 2026, 01:13

Müvəqqəti işə çıxmayan əməkdaşı əvəz edən şəxsə maaş fərqi ödənilir.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Əvəz edilən işçinin maaşı daha yüksək olduqda fərq tam şəkildə verilir.
Əgər maaşlar eyni və ya daha aşağıdırsa əlavə müəyyən edilir.
Əlavənin məbləği işçi və işəgötürənin razılığı ilə müəyyən olunur.