Ehtiyatların UÇOTU

09 İyul 2026, 01:03

Bankların prudensial hesabatlıqlarında ehtiyatların uçotu ilə bağlı yeni tələblər müəyyənləşdirilib. Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb. Aktivlərin keyfiyyətinin yaxşılaşdığı hallarda artıq yaradılmış ehtiyatlar azaldılacaq. Əvvəllər balansdan silinmiş aktivlər üzrə sonradan daxil olan vəsaitlər ilk növbədə müvafiq xərc hesablarının azaldılmasına yönəldiləcək. Xərc hesabında qalıq olmadıqda həmin vəsaitlər gəlir kimi tanınacaq. Məqsədli ehtiyatların məbləği aktivin dəyərindən çıxılacaq. Adi ehtiyatlar isə kapital hesablarında ayrıca maddə kimi göstəriləcək. Ehtiyatlar hesabında debet qalığının yaranmasına icazə verilməyəcək. Silinəcək aktivlərin məbləği mövcud ehtiyatlardan çox olduqda əlavə məbləğ həmin gün xərclər hesabına yaradılmalıdır. Ehtiyatların bölüşdürülməmiş mənfəət və ya digər kapital maddələri hesabına formalaşdırılması qadağan edilir.