Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

“VAZ 2107″ ilə “Mercedes” markalı minik avtomobillərinin toqquşması zamanı 1975-ci il təvəllüdlü S. Əhmədov, 1987-ci il təvəllüdlü F. Əhmədova və 1962-ci il təvəllüdlü A. Alıyeva ölüb.

Hadisə zamanı iki nəfər də ağır xəsarət alıb.

TƏBİB-dən bildirilib ki, Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar iyulun 8-də saat 21:30 radələrində 2 nəfər (kişi) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi yardım göstərilib, onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.

Tibb müəssisəsinin müvafiq şöbəsində zəruri tibbi xidmətlər göstərilən 1 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 1 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.