Qanun bələdiyyə torpaqlarının hansı hallarda xüsusi mülkiyyətə verilə biləcəyini müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Yaşayış məntəqələrinin inkişafı üçün nəzərdə tutulan torpaqlar xüsusi mülkiyyətə verilə bilər.
Kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar da bu kateqoriyaya daxildir.
Bununla yanaşı, parklar, yollar və çimərliklər kimi ümumi istifadədə olan torpaqlar satıla bilməz.
Mülkiyyətə verilən torpaqlar haqqı ödənilməklə təqdim olunur.
