Torpaq vergisinin hesablanması və ödənişi üçün konkret tarixlər müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Bələdiyyələr hər il iyulun 1-dək vergini hesablamalıdırlar.
Tədiyyə bildirişləri avqustun 1-dən gec olmayaraq vətəndaşlara çatdırılır.
Vergi iki bərabər hissə ilə ödənilir.
Ödənişlər ən geci 15 avqust və 15 noyabr tarixlərinədək həyata keçirilməlidir.