Qanun bələdiyyə torpaqlarından istifadənin ümumi prinsiplərini də müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyi qorunmalı və artırılmalıdır.
Yaşayış məntəqələrinin torpaqlarından istifadə şəhərsalma sənədlərinə uyğun aparılmalıdır.
Ümumi istifadədə olan torpaqlarda yalnız ictimai tələbatı ödəyən obyektlərin yerləşdirilməsinə üstünlük verilir.
Sənaye və kommunikasiya obyektlərinin mühafizə zonalarında torpaq istifadəsi xüsusi qaydalarla tənzimlənir.