Qanunda müəyyən torpaq sahələrinin istifadəsinə dair xüsusi məhdudiyyətlər nəzərdə tutulub.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Elektrik, rabitə və neft-qaz xətlərinin yerləşdiyi ərazilərdə bəzi tikintilərə icazə verilmir.
Sanitariya-mühafizə zonalarında yaşayış və sahibkarlıq obyektlərinin inşası məhdudlaşdırılır.
Çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin başqa məqsədlər üçün verilməsi də qadağandır.
Bu məhdudiyyətlər təhlükəsizlik və şəhərsalma tələblərinin qorunmasına xidmət edir.