Normadan artıq işlənən hər saat üçün işçilərə əlavə əməkhaqqı verilir.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Vaxtamuzd işçilərə saatlıq maaşın azı ikiqatı həcmində ödəniş edilir.
İşəmuzd işçilər də əlavə haqq almaq hüququna malikdirlər.
Artıq iş vaxtının əlavə istirahət günü ilə əvəz olunmasına yol verilmir.