Bələdiyyə torpaqlarının satış xüsusiyyətləri müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Əksər hallarda torpaq üzərində mülkiyyət və icarə hüquqları açıq hərrac və ya müsabiqə yolu ilə əldə edilir.
Satış yaşayış məntəqələrinin inkişaf planlarına uyğun həyata keçirilir.
Torpaq sahələri barədə məlumatlar əvvəlcədən əhaliyə açıqlanmalıdır.
Fərdi yaşayış üçün verilmiş bəzi torpaqların beş il ərzində özgəninkiləşdirilməsi qadağandır.