Torpaq sahələrinin icarəyə verilməsi zamanı ödənilən vəsaitin hesablanması qaydaları müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
İcarə haqqı torpaqdan müddətli istifadə müqabilində ödənilir.
Torpaq vergisi bəzi hallarda icarə haqqının tərkibinə daxil edilir.
İcarə haqqı əsasən hərrac və ya müsabiqənin nəticələri əsasında müəyyən olunur.
Qanuna görə, onun aşağı həddi torpaq vergisinin iki mislindən az ola bilməz.
