Bankların balansına qəbul edilmiş daşınar əmlak və qiymətli kağızlarla bağlı ayrıca təsnifat mexanizmi müəyyən olunub. Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb. Daşınar əmlakın bazar qiyməti balans dəyərindən yüksək olduqda o, ilk 60 gün ərzində qeyri-qənaətbəxş aktiv hesab ediləcək. Bazar qiyməti daha aşağı olduqda fərq hissəsi ümidsiz aktiv kimi tanınacaq. İlk 60 günlük müddət başa çatdıqdan sonra aktiv təhlükəli kateqoriyaya keçiriləcək. Əgər aktiv 120 gün ərzində realizə olunmazsa, ümidsiz aktiv kimi təsnif ediləcək. Bu halda həmin əmlak balansdan silinməlidir. Sonradan aktiv balansdankənar hesablarda uçota alınacaq. Qaydalar daşınar aktivlərin uzun müddət balansda saxlanılmasının qarşısını almağa yönəlib. Məqsəd bankların problemli aktivlərinin vaxtında tanınmasını təmin etməkdir.
