Balansdankənar ÖHDƏLİKLƏR

14 İyul 2026, 01:04

Balansdankənar öhdəliklərin təsnifləşdirilməsi üçün yeni yanaşma müəyyən olunub. Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb. Balansdankənar öhdəliklər iki əsas qrupa ayrılacaq. Birinci qrupa banka öhdəliyi tam və ya qismən icra etməmək hüququ verən müqavilələr daxildir. İkinci qrupa isə şərtsiz icra edilməli öhdəliklər aid olunacaq. Birinci qrup üzrə təsnifat öhdəliyin balans hesablarına keçirildiyi andan həyata keçiriləcək. İkinci qrup üzrə isə qalıq müddətindən asılı olaraq 50 və ya 100 faiz həcmində qiymətləndirmə aparılacaq. Bu mexanizm potensial risklərin əvvəlcədən nəzərə alınmasına imkan yaradacaq. Məqsəd bankların balansdankənar risklərini daha dəqiq idarə etməsidir. Yeni qaydalar prudensial nəzarətin effektivliyini artırmağa yönəlib.