Bankların iri həcmli istehlak kreditləri üzrə nəzarət tədbirləri gücləndiriləcək.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb. Eyni bankda qalıq borcu I dərəcəli kapitalın bir faizindən çox olan borcalanlar xüsusi nəzarətə cəlb olunacaq. Belə kreditlər üzrə risk göstəriciləri ən azı ildə bir dəfə qiymətləndiriləcək. Qiymətləndirmə borcalanın ödəmə qabiliyyəti və kredit riskləri əsasında aparılacaq. Aktivlərin keyfiyyəti ayrıca təhlil olunacaq. Müvafiq meyarlar üzrə təsnifat yenidən müəyyən ediləcək. Nəticələr sənədləşdirilərək bankın daxili nəzarət sistemində əks etdiriləcək. Bu yanaşma iri kreditlər üzrə risklərin vaxtında müəyyən edilməsinə xidmət edir. Eyni zamanda bank sektorunda maliyyə sabitliyinin qorunmasına kömək edir. Nəzarətin artırılması problemli kreditlərin yaranma ehtimalını azaltmağa yönəlib.