Bələdiyyə mülkiyyətində olan torpaqlarla bağlı qərarlar əsasən bələdiyyələr tərəfindən qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Torpaqlara sərəncam verilməsi bələdiyyələrin müstəsna hüququ hesab olunur.
Torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetmə də onların səlahiyyətinə daxildir.
İcra hakimiyyəti orqanları bu hüquqları məhdudlaşdıran qərarlar qəbul edə bilməz.
Bu norma yerli özünüidarəetmə institutunun səlahiyyətlərini qorumağa yönəlib.