Qanun bələdiyyələrin ehtiyat fondu torpaqlarının hansı hissəsinin özəlləşdirilə biləcəyini müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Yaşayış məntəqələrinin inkişafı üçün ayrılan torpaqlar xüsusi mülkiyyətə verilə bilər.
Kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar da bu kateqoriyaya daxildir.
Bununla yanaşı, parklar, yollar, çimərliklər və örüş sahələri xüsusi mülkiyyətə verilə bilməz.
İcarədə və istifadədə olan bəzi kənd təsərrüfatı torpaqları da bu qadağaya daxildir.
