Dövlət reyestri daşınmaz əmlak və hüquqlar haqqında məlumatların vahid sistemidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb. Reyestr bölmələrdən və ərizə jurnalından ibarətdir. Hər bir əmlak üzrə ayrıca bölmə yaradılır. Məlumatlar daimi saxlanılır və məhv edilə bilməz. Bu sistem daşınmaz əmlak hüquqlarının etibarlı uçotunu təmin edir.
