ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin ilk oyunu bu gün keçiriləcək.

Heftelik.az Report-a istinadən xəbər verir k, raundun ilk matçında Fransa və İspaniya milliləri münasibətlərə aydınlıq gətirəcəklər.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cütün qalibi finalda İngiltərə – Argentina duelinin güclüsü ilə üz-üzə gələcək.

DÇ-2026

14 iyul

23:00. Fransa – İspaniya

Baş hakim: İvan Barton (Salvador).

Dallas stadionu

Xatırladaq ki, DÇ-2026-nın final oyunu iyulun 19-da keçiriləcək.