Əməkhaqqı işçilərə ayda ən azı bir dəfə verilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Tərəflərin razılığı ilə əməkhaqqı iki hissə şəklində də ödənilə bilər.
Əməkhaqqının gecikdirilməsi hallarında işçiyə əlavə kompensasiya verilməlidir.
İşdən çıxan şəxsə bütün ödənclər işdən ayrıldığı gün təqdim olunmalıdır.
