Xarici bankların Azərbaycanda fəaliyyətinə icazə verilməsi beynəlxalq məsləhətləşmələrdən asılıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Mərkəzi Bank xarici nəzarət orqanları ilə əlaqə saxlamalıdır.
Həmin orqanların konsolidasiya edilmiş nəzarəti həyata keçirdiyi müəyyən edilməlidir.
Yalnız bundan sonra lisenziya və ya icazə verilə bilər.
