İntizam tənbehi pozuntunun aşkarlandığı gündən bir ay ərzində verilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
İşçinin xəstəlik və ya məzuniyyət dövrü bu müddətə daxil edilmir.
Pozuntu törədildikdən altı ay sonra intizam tənbehi tətbiq etmək olmaz.
Maliyyə yoxlamaları zamanı aşkarlanan bəzi hallarda isə iki illik müddət tətbiq edilir.

