Əməkhaqqından tutulmalar yalnız qanunla nəzərdə tutulan hallarda həyata keçirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Ümumi tutulmalar işçiyə veriləcək məbləğin 20 faizindən çox ola bilməz.
Bəzi hallarda bu hədd 50 faizədək artırıla bilər.
Aliment və müəyyən zərərin ödənilməsi hallarında isə tutulmalar 70 faizədək çata bilər.
