Restrukturizasiya edilmiş aktivlərin təsnifatı ilə bağlı yeni mexanizm tətbiq olunacaq.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb.

Aktiv ilk dəfə restrukturizasiya olunduqda onun təsnifat kateqoriyası müəyyən hallarda aşağı salınacaq. Təkrar restrukturizasiyalar zamanı risk səviyyəsi daha yüksək qiymətləndiriləcək. Üçüncü və sonrakı restrukturizasiyalar əksər hallarda aktivin ümidsiz kateqoriyaya keçirilməsi ilə nəticələnəcək. Kənd təsərrüfatı kreditləri üçün ayrıca təsnifat qaydaları nəzərdə tutulub. Vaxtı keçmiş kreditlərin ödənilməsi məqsədilə verilən yeni borc öhdəlikləri əvvəlki kreditdən daha yüksək kateqoriyada qiymətləndirilə bilməz. İstehlak kreditlərinin restrukturizasiyası zamanı borcalanın gəlirləri müəyyən edilə bilmədikdə əlavə məhdudiyyətlər tətbiq olunacaq. Belə kreditlər ilk restrukturizasiya zamanı qeyri-qənaətbəxş aktiv kimi tanına bilər. Bir dəfədən çox restrukturizasiya edilən bəzi istehlak kreditləri isə birbaşa ümidsiz aktiv hesab olunacaq. Bu dəyişikliklər kredit intizamının gücləndirilməsinə və bank risklərinin azaldılmasına xidmət edir.