Qeyri-standart aktivlərin təsnifat kateqoriyasının yaxşılaşdırılması üçün xüsusi tələblər müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb.
Aktivlərin keyfiyyət meyarları üzrə aparılan təhlillər mütləq sənədləşdirilməlidir. Bu prosesdə daxili modellərin nəticələri və monitorinq hesabatları da nəzərə alınacaq. Elektron sənədləşmə zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır. Qeyri-standart aktiv yalnız müəyyən şərtlər yerinə yetirildikdə daha yüksək kateqoriyaya keçirilə bilər. Bunun üçün gecikdirilmiş əsas borc və faizlər tam ödənilməlidir. Borcalanın digər kreditləri üzrə ciddi gecikmələrin olmaması tələb edilir. Aktiv qənaətbəxş və ya nəzarət altında olan aktivlər üçün nəzərdə tutulmuş keyfiyyət meyarlarına uyğun gəlməlidir. Bu mexanizm maliyyə vəziyyətini yaxşılaşdıran borcalanların kredit tarixçəsinin obyektiv qiymətləndirilməsinə şərait yaradır.
