Borcalanların gəlirlərinin hesablanması və təminat səviyyələrinin müəyyənləşdirilməsi qaydaları açıqlanıb. Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda əksini tapıb. Borcalanın gəlirləri müvafiq sənədlərlə təsdiqlənməlidir. Muzdlu işlə məşğul olan şəxslər üzrə orta aylıq gəlir son altı ay əsasında hesablanır. Digər gəlir növləri üzrə isə son on iki ayın göstəriciləri nəzərə alınır. Məlumatlar dövlət qurumlarının informasiya sistemlərindən də əldə edilə bilər. Qaydada hedcləşdirilməmiş borcalan anlayışına da yer verilib. Xarici valyuta risklərinə məruz qalan şəxslər bu kateqoriyaya aid edilir. Tam təminatlı aktivlər üçün təminatın bazar dəyəri müəyyən edilmiş həddən aşağı olmamalıdır. Bu tələblərə cavab verməyən aktivlər qismən təminatlı və ya təminatsız aktiv hesab ediləcək.