Bələdiyyə torpaqları ilə bağlı hüquqi əməliyyatların rəsmiləşdirilməsi qaydaları açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Torpaqların alqı-satqısı və ipotekası müqavilələr əsasında həyata keçirilir.
Mülkiyyət, istifadə və icarə hüquqlarının dəyişdirilməsi də müqavilə ilə rəsmiləşdirilir.
Bu əqdlərdən əldə olunan vəsaitin bir hissəsi torpaqların yaxşılaşdırılmasına yönəldilir.
Həmin vəsait yeni torpaqların dövriyyəyə cəlb olunmasına və rekultivasiya tədbirlərinə sərf edilir.