Qanunda bələdiyyə torpaqlarının mühafizəsi və istifadəsinə nəzarət qaydaları da əks olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Torpaqların səmərəli istifadəsi və münbitliyinin qorunması əsas məqsəd kimi müəyyən edilib.
İstifadəçilər torpaqları eroziya, çirklənmə və digər mənfi təsirlərdən qorumalıdırlar.
Bələdiyyələr torpaq qanunvericiliyinə əməl olunmasına nəzarət edir.
Qanun pozuntularına yol verən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
