Korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verən işçilər üçün əlavə təminatlar mövcuddur.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Belə işçilərə verilən intizam tənbehinin səbəbi əsaslandırılmalıdır.
İşəgötürən tənbehin məlumatvermə faktı ilə əlaqəli olmadığını sübut etməlidir.
Bu norma məlumat verən şəxslərin hüquqlarının müdafiəsinə yönəlib.