Mərkəzi Bank lisenziya və icazələrin ləğvi barədə qərarları ictimaiyyətə açıqlayacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Qərar qəbul edildikdən sonra beş təqvim günü ərzində aidiyyəti orqanlara bildiriş göndərilir.
Məlumat mediada da rəsmi şəkildə dərc edilir.
Banklar isə bu qərarlardan məhkəmə qaydasında şikayət vermək hüququna malikdirlər.
