Maliyyə məlumatlarının düzgün təqdim olunması banklar üçün əsas öhdəlikdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Mərkəzi Banka bilərəkdən yanlış məlumat verilməsi ciddi pozuntu sayılır.
Aylıq hesabatların ardıcıl üç hesabat dövrü ərzində təqdim edilməməsi də sanksiyaya səbəb ola bilər.
Bu hallar bank lisenziyasının ləğvi üçün əsas kimi nəzərdə tutulur.
