İşdən çıxan işçilər istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə ödəniş alırlar.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Kompensasiya bütün istifadə edilməmiş iş illəri üzrə hesablanır.
Lakin əlavə, sosial, təhsil və yaradıcılıq məzuniyyətlərinə görə kompensasiya verilmir.
Müəyyən hallarda artıq istifadə olunmuş məzuniyyət günlərinə görə ödənilmiş vəsait işçidən tutula bilər.