Bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərə verilməsi müəyyən prosedur əsasında həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Torpaq sahələrinin verilməsi üçün bələdiyyənin qərarı tələb olunur.
Bununla yanaşı tərəflər arasında müvafiq müqavilə bağlanmalıdır.
Müqavilədə hüquq və vəzifələr, məhdudiyyətlər və digər şərtlər göstərilir.
Həmçinin müqaviləyə xitam verilməsinin əsasları da sənəddə öz əksini tapır.
