Bələdiyyə torpaqlarının satışı və icarəsi əsasən açıq prosedurlar vasitəsilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Əksər hallarda torpaq üzərində mülkiyyət və icarə hüquqları hərrac və ya müsabiqə yolu ilə əldə edilir.
Torpaq satışı ərazinin inkişaf planları və şəhərsalma sənədləri əsasında aparılır.
Satışa çıxarılan torpaqlar barədə əhali əvvəlcədən məlumatlandırılır.
Bələdiyyələr ildə bir dəfə torpaq dövriyyəsi və istifadəsi haqqında seçicilər qarşısında hesabat verməlidirlər.
