Futbol üzrə dünya çempionatında İspaniya Fransanı məğlub edərək finala yüksələn ilk komanda olub.
Heftelik.az Report-a istinadən xəbər verir ki, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar 2:0 hesablı qələbəyə seviniblər.
Qolları Mikel Oyarsabal (22) və Pedro Porro (58) vurublar.
İspaniya yığmasının həlledici mərhələdəki rəqibi İngiltərə – Argentina matçının qalibi olacaq. Fransa isə üçüncü yer uğrunda görüşdə sözügedən cütün məğlubu ilə üz-üzə gələcək.
