Əmək haqqından tutulmalar yalnız qanunla nəzərdə tutulan hallarda və ya işçinin razılığı ilə aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Tutulmaların ümumi məbləği əsasən əməkhaqqının 20 faizindən artıq ola bilməz.
Qanunvericilikdə nəzərdə tutulan bəzi hallarda bu hədd 50 və ya 70 faizə qədər artırıla bilər.
Məcəllə həmçinin orta əməkhaqqının hesablanması və iş yerinin saxlanıldığı hallara dair təminatları da müəyyən edir.