Başqa bölgəyə və ya xarici ölkəyə ezam olunan işçilər əmək təminatını itirməyəcək.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Ezamiyyət müddətində onların iş yeri saxlanılır.
Orta əməkhaqqısı ödənilməyə davam edir.
Bu təminat işəgötürəni təmsil edən işçilərə də tətbiq edilir.
