Ümumi təhsil müəssisələrində pulsuz tibbi xidmətin təşkili dövlət tərəfindən tənzimlənəcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, pulsuz tibbi xidmətin təşkili qaydası dövlət tərəfindən müəyyənləşdiriləcək.
Bununla yanaşı, ümumi təhsil sahəsinə yerli və xarici investisiyaların cəlbi üçün müvafiq investisiya mühiti yaradılacaq.
Bu addımlar məktəblərdə xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlib.